Hadisenin yeni filmi açıq-saçıq səhnələrinə görə Tiktokda qadağan edildi
Müğənni Hadisenin yeni çəkildiyi ekran işi "Esas oğlan" Tiktokda qadağan edilib.
BAKU.WS xəbər verir ki, ekran işində açıq-saçıq səhnələr yer aldığından sosial platforma filmin görüntülərinin nümayişini dəstəkləməyib.
Bu barədə Hadise şəxsi sosial şəbəkə hesabında bildirib.
"Gülürəm... Bu gülməli deyil? Bu platformalar azadlığı müdafiə etdiklərini demirlərmi? Hər cür videoların paylaşıldığı, uşaqların sui-istifadə edildiyi, pul qazanmaq üçün bədənlərin ifşa edildiyi məzmunlara icazə verilir, lakin sevgi səhnələri "əxlaqsızlıq" elan edilir. Təcavüz səhnələri, silahlar və qadağan olunmuş maddələr qəbul edildiyi halda, niyə eşq səhnələri qadağandır?" - deyə ifaçı yaranmış vəziyyətə üsyan edib.
Oxşar xəbərlər
"Reuters": Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb
Antiqua və Barbuda bayrağı altında üzən "Cape Dao" quru yük gəmisi mərmi zərbəsinə məruz qaldıqdan sonra Hörmüz boğazı yaxınlığında batıb. BAKU.WS "Report"a ist...