Hadise rəfiqəsi ilə qalaya 158 minlik libas geyindi
21
noy
2024
13:33
Ötən gün müğənni Hadisenin də rol aldığı "Əsas oğlan" filminin qalası keçirilib.
BAKU.WS xəbər verir ki, premyerada ekran işinin çəkiliş heyəti və aktyorlar Seda Bakan, Şükrü Özyıldız da yer alıblar.
Filmin qalasında hər kəs geyimi ilə göz qamaşdırıb.
Diqqət çəkən məqamlardan biri isə Seda ilə Hadisenin eyni qara rəngli libas geyinmələri olub.
"Balenciaga" brendinə aid geyimin qiymətinin 157 950 lirə (təxminən 7786 AZN ) olduğu açıqlanıb.
Məşhurların qalada eyni libasa üstünlük verməsi xeyli müzakirələrə səbəb olub.
Seda ilə Hadise həyatda rəfiqədirlər.
Oxşar xəbərlər
Türkiyədə plastik əməliyyat olunan qadın burnunun yarısını itirdi
Türkiyədə xarici vətəndaş olan qadın plastik əməliyyat qurbanı olub. BAKU.WS xəbər verir ki, o ilk növbədə əməliyyat etdirmək üçün öz ölkəsindən Türkiyəyə gəli...