Hadisə bu filmə görə hönkür-hönkür ağladığını etiraf etdi
Müğənni Hadise yeni etirafı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi "Esas oğlan" filminə çəkilməzdən əvvəl yaşadığısı stressli günlərdən danışıb.
İlk dəfə aktrisalıq qabiliyyətini nümayiş etdirmək istəyən Hadise bu filmə çəkilməkdən qorxub və ağlayıb.
"Heç bir dərs almadım, serial başlayana qədər çəkilişdən qaçırdım. Çünki qorxurdum. Sonra Bebekdə ilk gün çəkilişlərə başladıq. Yaxşı keçdi. Özümü çox, çox rahat hiss etdim.
Amma hər gün qorxurdum. Hətta bir gün evə gələndə çox hönkür-hönkür ağladığımı xatırlayıram. Həqiqətən də çox çətin işdir. Bunu çəkiliş meydançasında dostlarıma çox danışdım. Aktyorluq çox çətin işdir".
Oxşar xəbərlər
ABŞ Rusiyadan hazır qəhvə alışını kəskin artırıb
ABŞ 2026-cı ilin ilk rübündə Rusiyadan idxal etdiyi həll olunan qəhvə həcmini əhəmiyyətli dərəcədə artırıb. BAKU.WS xəbər verir ki, "Prajm" agentliyinin ABŞ sta...