Fridrix Merts Çinə gedəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya Kansleri Fridrix Merts 24–26 fevral tarixlərində Çinə rəsmi səfər edəcək.
BAKU.WS xəbər verir ki, səfər çərçivəsində Pekin və Hanqcou şəhərlərində bir sıra görüşlər planlaşdırılıb.
Proqrama Almaniya-Çin İqtisadi Məsləhət Komitəsinin iclası və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə təkbətək görüş daxildir. Danışıqlarda əsas diqqət ikitərəfli əlaqələrə, iqtisadi əməkdaşlığa və təhlükəsizlik məsələlərinə yönələcək.
Kansler Pekində Qadağan olunmuş şəhəri ziyarət edəcək, həmçinin "Mercedes-Benz Group", Hanqcouda isə "Unitree Robotics" və "Siemens Energy" şirkətlərində olacaq.
Çin Almaniyanın əsas ticarət tərəfdaşlarından biridir, lakin tərəflər arasında ticarət balansında ciddi fərq mövcuddur və alman biznesi bazara çıxışla bağlı artan çətinliklərdən narazıdır.
Oxşar xəbərlər
Kainatda qeyri-adi qalaktika kəşf edildi - 99,98 faizi qara maddədən ibarətdir
Astronomlar kainatda indiyədək diqqət çəkən ən qeyri-adi qalaktikalardan birini aşkar ediblər. CDG-2 adlandırılan qalaktikanın ümumi kütləsinin 99,94–99,98 faiz...