Ərdoğan və Pazeşkian regiondakı vəziyyəti müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pazeşkian arasında telefon danışığı olub.
Bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iki lider ABŞ və İsrailin İrana hücumlarından sonra regiondakı inkişafları, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.
Pazeşkian həmçinin İranın Türkiyəyə raket hücumu həyata keçirdiyini təkzib edib. O, raket hücumu ilə bağlı birgə qrup yaratmağa çağırıb: "Bu yolla iki dost və qardaş ölkəmiz arasındakı münasibətlərə xəbər təbliğatı təsir etməyəcək".
Pazeşkian Türkiyəyə regionda sülh və sabitliyin təmin edilməsi səylərinə görə təşəkkür edib və İranda baş verən son hadisələrlə bağlı Türkiyə hökumətinin çatdırdığı başsağlığı və həmrəylik mesajlarından məmnunluğunu ifadə edib.
Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində İranın yeni ali rəhbəri Müctəba Xameneiyə vəzifəsində uğurlar arzulayıb. Türkiyənin regionda gərginliyi azaltmaq üçün səylərini davam etdirdiyini vurğulayan Ərdoğan, İranın daxili işlərinə müdaxilənin qəbuledilməz olduğunu bildirib və regional gərginliyin artmasının nə qonşu ölkələrin, nə də İranın uzunmüddətli maraqlarına xidmət etməyəcəyini əlavə edib.
O, Türkiyənin İranla qarşıdurma niyyətində olmadığını və rəsmi Ankaranın regionda gərginliyin azaldılmasına əlindən gələni etməyə hazır olduğunu bildirib. Türkiyə lideri, həmçinin diplomatik kanalların bu dövrdə əvvəlkindən daha açıq qalmalı olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...