Əraqçi: İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır
İran və ABŞ sazişin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır və bu, böyük ehtimalla İslamabadda baş tutacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.
"Biz qarşılıqlı anlaşma memorandumunu imzalamağa heç vaxt olmadığı qədər yaxınıq və bunu İslamabadda etməyi planlaşdırırıq. KİV-lər onun yekun razılaşdırılmasına qədər məzmunu ilə bağlı spekulyasiyalardan çəkinməlidir", - İran diplomatiyasının rəhbəri qeyd edib.
Əraqçinin sözlərinə görə, bütün zəruri prosedurlar başa çatdıqdan sonra sənədin məzmunu barədə təfərrüatlar ictimaiyyətə təqdim olunacaq.
"Məsuliyyətli və şəffaf yanaşmamıza uyğun olaraq bütün detallar vaxtında ictimaiyyətin diqqətinə çatdırılacaq", - nazir vurğulayıb.
Oxşar xəbərlər
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib
Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində 4 561 nəfər həlak olub, 16 740 nəfər yaralanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, yenilənmiş məl...