Əraqçı: "Biz Xameneinin öldürülməsi ehtimalını diqqətə almışdıq"
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, müharibədən əvvəl bütün mümkün ssenarilər, o cümlədən ölkənin ali rəhbəri Əli Xameneinin öldürülməsi ehtimalı nəzərdən keçirilmişdi.
BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Onun sözlərinə görə, bu ehtimal üçün də əvvəlcədən fəaliyyət planı hazırlanmışdı və buna görə də belə bir vəziyyət baş versəydi, İran rəhbərliyi dərhal reaksiya verməyə hazır idi:
"Bütün ssenarilər müharibədən əvvəl nəzərdən keçirildi, hətta liderin öldürüləcəyi təqdirdə nə edəcəyimiz barədə planımız var idi. Buna görə də heç təəccüblənmədik və hər şeyə hazır idik".
Nazir əlavə edib ki, Ali Milli Təhlükəsizlik Şurasının iclaslarında ali liderin öldürülməsi ehtimalını birbaşa ifadə etmək çətin olduğundan bunun üçün "110 kodu" istifadə olunurdu və iclas iştirakçıları bu kodun mənasını bilirdilər.
Oxşar xəbərlər
Şahzadə Harri təhlükəsizlik məsələsini yenidən qaldırır
Böyük Britaniya kral ailəsinin üzvü, Sasseks hersoqu Şahzadə Harrinin ölkəyə ailəsi ilə birlikdə daha tez-tez səfər edə bilmək üçün dövlət tərəfindən maliyyələş...