Elon Maskın şəhəri rəsmi olaraq quruldu: Starbase
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Texas ştatında yerləşən və SpaceX şirkətinin buraxılış sahəsinin mövcud olduğu ərazi artıq rəsmi şəkildə "Starbase" (Ulduz Bazas) adlanır.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Cameron dairəsində keçirilən səsvermə nəticəsində bölgənin adı dəyişdirilib. Səsvermədə iştirak edən 218 nəfərdən 212-si ad dəyişikliyinə "bəli", yalnız 6 nəfər isə əleyhinə səs verib. Yeni adın qəbul edildiyi yaşayış məntəqəsinin sakinlərinin böyük əksəriyyətini SpaceX-in əməkdaşları təşkil edir.
Cameron dairəsinin Seçki Rəhbəri Remi Qarza səsvermənin nəticələrinin dairə hakimi tərəfindən təsdiqləndikdən sonra Starbase-in rəsmi olaraq Texasın bələdiyyəsi kimi tanınacağını bildirib.
Şəhər rəhbərliyi sosial media platforması X üzərindən etdiyi paylaşımda bildirib:
"Bir şəhər olmaq, insanlığın kosmosdakı gələcəyi üçün çalışan qadın və kişilər adına mümkün olan ən yaxşı cəmiyyəti qurmağa yardım edəcək."
SpaceX-in sahibi Elon Mask isə şəxsi X hesabında paylaşım edərək Starbase-in artıq "gerçək bir şəhər" olduğunu qeyd edib və nəticəni təbrik edib.
Oxşar xəbərlər
SpaceX və Tesla 3,7 trilyon dollarlıq birləşməyə hazırlaşır
İlon Maskın sahibi olduğu SpaceX və Tesla şirkətlərinin birləşdirilməsi istiqamətində danışıqlarda irəliləyiş əldə olunub. Razılaşmanın reallaşacağı təqdirdə, ü...