Durov Telegram-da hədiyyələrlə bağlı dələduzluq sxemi barədə danışdı

Durov Telegram-da hədiyyələrlə bağlı dələduzluq sxemi barədə danışdı
Dünya 26

"Telegram" messencerinin qurucusu Pavel Durov öz kanalında Telegram-da hədiyyələr və istifadəçi adları ilə bağlı yeni dələduzluq sxemi barədə istifadəçiləri xəbərdar edib.

Onun sözlərinə görə, əvvəllər cəmi bir neçə dollara satılan nadir hədiyyələr, rəqəmlər və istifadəçi adları bu gün 100 min dollardan baha qiymətə alınıb-satılır.

"Biz görürük ki, dələduzlar istifadəçiləri şantaj edərək bu dəyərli kolleksiya əşyalarını onlara verməyə məcbur etməyə çalışırlar. Hətta şəxsi məlumatların yayılması ilə hədələyərək pul tələb edən kanallar haqqında da məlumatlar var",- deyə Durov bildirib.

O vurğulayıb ki, bəziləri bu fırıldaqçılığı daimi biznes modelinə çeviriblər – kompromat xarakterli məlumatlar paylaşır və onların silinməsi üçün pul alırlar. Durov bu cür hərəkətlərin əxlaqsız və qeyri-qanuni olduğunu qeyd edib.

Yazının sonunda Durov istifadəçiləri bu cür halları dərhal bildirməyə çağırıb.

Son xəbərlər