Dünyanın ən gizli təyyarə qəbiristanlığı

Dünyanın ən gizli təyyarə qəbiristanlığı
Dünya 220

ABŞ-nin Arizona ştatının Tuson şəhərində yerləşən "Devis-Monten" aviabazası dünyanın ən böyük təyyarə qəbiristanlığına çevrilib. Bu bazada vaxtilə Soyuq müharibə dövrünün ən güclü hərbi təyyarələri - B-29 və B-50 strateji bombardmançıları yerləşirdi.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Zaman keçdikcə "Devis-Monten" aviabazasına təmirə ehtiyacı olan müxtəlif növ təyyarələr gətirilməyə başladı. Təyyarələrin sayı artdıqca bu baza dünyanın ən böyük aviasiya texnikası qəbiristanlığına çevrildi. Hazırda bazada 4400-dən çox təyyarə yerləşir.

Texnoloji inkişaf və sənayenin sürətli böyüməsi köhnəlmiş və istifadəsiz qalan texnikanın toplandığı xüsusi yerlərin yaranmasına səbəb olub. Dünyanın bir çox ölkələrində artıq nasaz velosipedlər, motosikletlər, avtomobillər və hətta aviasiya texnikası üçün qəbiristanlıqlar mövcuddur.

"Devis-Monten" bazası isə yalnız miqyası ilə deyil, həm də Soyuq müharibə dövründəki tarixi əhəmiyyəti ilə fərqlənir.

Son xəbərlər