Donald Trampın sədrlik edəcəyi yeni qurum: 60 ölkəyə Qəzza ilə bağlı ÇAĞIRIŞ
Yeniliklərdən dərhal xəbərdar olun
Təxminən 60 ölkə Qəzza zolağını idarə etmək məqsədilə Sülh Şurasına qoşulmaq üçün dəvət alıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, dəvət olunmuş ölkələrin əksəriyyəti potensial geosiyasi risklər səbəbindən ehtiyatlı davranır.
ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının sədri olduğu üçün onun müstəsna veto hüququna malik olduğu bildirilir.
Sülh Şurasına daimi üzvlük haqqı 1 milyard dollar təşkil edir. Ödənişsiz üzvlük müddəti isə üç illə məhdudlaşır. Vəsaitlərin dəqiq necə istifadə ediləcəyi hələ məlum deyil.
Oxşar xəbərlər
Tramp və Si Cinpin arasında görüş başa çatıb
ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçirilən ikitərəfli görüş yekunlaşıb. BAKU.WS xəbər verir ki, bu barədə Çinin...