Məleykə Abbaszadə BDU-nun ilk qadın rektoru oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin edilib.
BAKU.WS-in məlumatına görə, Məleykə Abbaszadə universitetin tarixində ilk qadın rektor olub.
Qeyd edək ki, əsası 1919-cu ildə qoyulan Bakı Dövlət Universitetinə indiyədək müxtəlif illərdə bir sıra şəxslər rəhbərlik edib. Universitetin rektorlarının siyahısını təqdim edirik:
Vasili Razumovski (1919–1920) - ilk rektor
Sergey Davidenkov (1920–1923)
Aleksandr Qulyayev (1923–1926)
Tağı Şahbazi (Simurğ) (1926–1929) - ilk azərbaycanlı rektor
Vladimir Yelpatyevski (1929)
Maqsud Məmmədov (1929–1930)
Məmmədkazım Ələkbərli (1934–1935)
Balabəy Həsənbəyov (1935–1937)
Əziz Əliyev (1937)
Cəbrayıl Ələsgərov (1937–1941)
Şamil Əliyev (1941–1944)
Abdulla Qarayev (1944–1950)
Cəfər Hacıyev (1950–1954)
Yusif Məmmədəliyev (1954–1958)
Şəfaət Mehdiyev (1958–1965)
Mehdi Əliyev (1965–1970)
Faiq Bağırzadə (1970–1987)
Yəhya Məmmədov (1987–1989)
Cəmil Quliyev (1989–1990)
Mirabbas Qasımov (1990–1992)
Firudin Səməndərov (1992–1993)
Murtuz Ələsgərov (1993–1996)
Misir Mərdanov (1996–1998)
Abel Məhərrəmov (1999–2018)
Elçin Babayev (2019–2026)
Məleykə Abbaszadə (2026-cı ildən)
Qeyd edək ki, 1930–1934-cü illərdə BDU-nun fəaliyyəti dayandırılıb, 1934-cü ildə yenidən bərpa olunub. 1998–1999-cu illərdə isə rektor vəzifəsini müvəqqəti olaraq Əli Əhmədov icra edib.
Oxşar xəbərlər
Şöbə müdiri: "Xəzərin sahilində 3 227 qanunsuz tikili aşkarlanıb"
Xəzər dənizinin sahilboyu ərazilərində 3 227 qanunsuz tikili aşkarlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Mə...