Alim Qasımovun ifası məşhur GTA oyununda səslənir

Alim Qasımovun ifası məşhur GTA oyununda səslənir
Video
Sosial 116

Alim Qasımov və Fərqanə Qasımovanın Nelli Furtadonun məşhur "Say It Right" mahnısını muğam üslubunda ifası "Grand Theft Auto VI" (GTA 6) oyununda səslənir.

BAKU.WS xəbər verir ki, sənətçilərin ifası oyunun "Kaleidoscope FM" adlı radio stansiyasının musiqi siyahısına daxil edilib.

Qeyd edək ki, Alim və Fərqanə Qasımova bu ifanı illər əvvəl "Bizimkilər" layihəsi çərçivəsində təqdim ediblər.

GTA 6-da yer alan "Kaleidoscope FM" radiostansiyasında müxtəlif ölkələrin musiqiçilərinin məşhur mahnılara fərqli üslublarda hazırladıqları versiyalar səsləndirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər