Bakıda qış hazırlığı başladı - Bu rayonlarda qarla mübarizə üçün tapşırıqlar verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal, Nizami və Xəzər rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Müşavirələrdə qeyd edilib ki, rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.
Qalereya
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ! Bakıda bir neçə əsas yolda hərəkət məhdudlaşdırılacaq
Bakıda Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə–Əmircan döngəsi və "Komsomol" dairəsi ərazilərində yol hərəkəti...