Donald Tramp Obamanı rəqib kimi görmək istəyir

Donald Tramp Obamanı rəqib kimi görmək istəyir
Dünya 65

ABŞ Prezidenti Donald Tramp üçüncü müddətə namizədliyinin mümkün olacağı halda keçmiş prezident Barak Obamanı rəqib kimi görmək istədiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında daxili və xarici siyasətə dair fikirlərini bölüşərkən deyib. O, "Bunu çox istərdim. Bu, yaxşı olardı. İnsanlar məndən yenidən namizəd olmağımı istəyirlər", – deyə vurğulayıb.

Şimali Koreya-ABŞ münasibətləri ilə bağlı sualı cavablandıran Tramp, Şimali Koreya lideri Kim Çen In ilə yaxşı münasibətlərinin olduğunu deyib: "Bunu eşitməkdən xoşlanmırsınız, amma bu, çox vacibdir. Onunla əla anlaşırıq".

Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndə vəzifəsinə marağın böyük olduğunu bildirən Tramp, bu posta keçmiş İsrail səfiri Devid Fridman və xüsusi nümayəndə Rik Qrenellin namizədlər arasında olduğunu açıqlayıb.

Bundan əlavə, Tramp gələn ay və ya daha sonra Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə səfər edəcəyini də qeyd edib.

Son xəbərlər