Danimarka XİN başçısı: Tramp Qrenlandiyanı əldə etməyəcək

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və müdafiə naziri Troels Lund Poulsen ABŞ-nin yeni Prezidenti Donald Trampın söylədiyi kimi, Amerikanın Qrenlandiya üzərində nəzarəti ələ keçirmə ehtimalını rədd ediblər.
"Report" xəbər verir ki, bu barədə "Ritzau" agentliyi məlumat yayıb.
"Tramp Qrenlandiyanı əldə etməyəcək. Beynəlxalq hüquq baxımından Qrenlandiya Qrenlandiyadır, Qrenlandiya xalqı da bir xalqdır", - o deyib.
Trampın Qrenlandiyanı həqiqətən ələ keçirmək istəyəcəyi təqdirdə adaya ordu yeridib-yeritməyəcəyi ilə bağlı suala nazir belə cavab verib: "O, Qrenlandiyanı əldə etməyəcək. Bu səbəbdən mən burada dayanıb ona nəyisə necə əldə etmək və nəyə göz dikməmək barədə məsləhət verməməliyəm".
Oxşar xəbərlər
Açıq-saçıq rollara çəkilməyən Cessika Albanı Hollivud silmək istədi amma...
Aktrisa Cessika Alba sənətə gəldiyi ilk vaxtlarda sənəti və gözəlliyi ilə tez zamanda şöhrətin zirvəsinə yüksəldi. Bir neçə filmdə çəkildikdən sonra Hollivudu p...
