Rusiya Dövlət Dumasından NATO ilə bağlı ittihamlara cavab: "Bu, isterika və təxribatdır"

Rusiya Dövlət Dumasından NATO ilə bağlı ittihamlara cavab: Bu, isterika və təxribatdır
Dünya 47

Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Qərbin Rusiyanın NATO-ya hücum etmək niyyətində olması ilə bağlı ittihamlarını rədd edib.

BAKU.WS xəbər verir ki, Kolesnik Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı səsləndirdiyi ittihamları "isterika və təxribat" adlandırıb.

Deputat bildirib ki, Rusiya tərəfindən Aİ və NATO ölkələrinin ərazisinə heç bir mərmi və ya partlayıcı maddə daşıyan vasitə atılmayıb.

"Rusiya tərəfindən heç bir mərmi, heç bir təxribat, partlayıcı maddə daşıya biləcək heç nə Avropa İttifaqı və NATO ölkələrinin ərazisinə düşməyib", – deyə Kolesnik vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Polşanın milli müdafiə nazirinin müavini Pavel Zalyevski Rusiyanı "amansız və qəddar düşmən" adlandırıb. Bu açıqlama Moskvanın Leypsiqdə baş verən dron insidentinə mümkün aidiyyəti ilə bağlı ittihamlar fonunda səsləndirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər