Bu halda kranla görülən bütün işlər dayandırılacaq

Bu halda kranla görülən bütün işlər dayandırılacaq
Sosial 52

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması ilə bağlı qanuna dəyişiklik olunur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək.

Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq. Bu, nəzərə alınmaqla, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda istismar olunan kranlarla görülən bütün növ işlər dayandırılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər