Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir
Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində buxtanın Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində suyun müxtəlif üzvi tullantılardan, neft ləkələri və qalıqlardan təmizlənməsi işləri aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən bildirilib.
Qeyd edilib ki, tədbirlər Dənizkənarı Bulvar İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti arasında bağlanmış müvafiq müqaviləyə əsasən həyata keçirilir.
İşlər çərçivəsində FHN Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən suyun səthində toplanmış neft ləkələri və müxtəlif tullantılar, sahilyanı ərazilər təmizlənir.
Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və bəzi sahələrdə dayazlaşmanın müşahidə olunması ilə əlaqədar təmizlik işləri zamanı xüsusi qurğu və avadanlıqlardan istifadə edilir.
Oxşar xəbərlər
Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların andiçmə mərasimi keçirilib
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib....