TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək
Türk Dövlətləri Təşkilatının (DİN) Müsəlman dini liderlərinin növbəti - 8-ci Görüşü Türkiyədə keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci görüşündə məlumat verib.
O qeyd edib ki, xüsusilə Türk dövlətlərinin birliyini, uğurlarını həzm edə bilməyən qüvvələr var:
"Belə bir zamanda biz dini liderlər dövlət rəhbərlərimizin müdrik siyasətlərinə xalqlarımız, dövlətlərimiz naminə mənəvi dəstək verməliyik. Türkdilli ölkələrin dini-mənəvi mühitinə xarici müdaxilələrin, ideoloji təxribatların, o cümlədən, islamofobiya, türkofobiya, separatçılıq, məzhəb ayrı-seçkiliyi, təkfirçilik, dini və irqi dözümsüzlük ideyalarının, nifrət çağırışlarının qarşısının alınmasına çalışmaq biz din xadimlərinin vətəndaşlıq borcu, mənəvi məsuliyyətidir".
Oxşar xəbərlər
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innova...