Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət siqnalı verildi
Səudiyyə Ərəbistanının cənubundakı 4 şəhərdə mümkün təhlükələrə qarşı əhaliyə xəbərdarlıq edilib.
BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi Xamis Muşayt, Abha, Cizan və Nəcran şəhərlərində fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq yayıb.
Qurumun sosial media hesabında yayımlanan açıqlamada sakinlərdən təhlükəsizliklərini təmin etmək üçün fövqəladə hallar üzrə müəyyən edilmiş qaydalara əməl etmələri və səlahiyyətli qurumların göstəriş və xəbərdarlıqlarını diqqətlə izləmələri istənilib.
Mümkün təhlükənin xarakteri barədə isə açıqlamada əlavə məlumat verilməyib.
Oxşar xəbərlər
9 Avropa ölkəsi hava limanlarındakı xaosdan sonra yeni sistemi təxirə saldı
Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə Avropa İttifaqının mübahisəli giriş-çıxış sistemini (EES) təxirə salıb....