Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib
Böyük Britaniyanın rəqəmsal bankı Revolut dövlət qurumlarından birinin adından göndərilən saxta sorğu əsasında müştərilərinin məxfi məlumatlarını üçüncü tərəfə ötürüb.
BAKU.WS xəbər verir ki, şirkət məlumat sızmasını təsdiqləyib. Bildirilir ki, dələduzlar real dövlət qurumuna məxsus domendən istifadə edərək banka saxta sorğular göndəriblər.
Sızma nəticəsində bəzi müştərilərin doğum tarixləri, poçt və elektron ünvanları, telefon nömrələri, şəxsiyyəti təsdiq edən sənədlərin surətləri, həmçinin ehtimal ki, verifikasiya üçün təqdim edilən selfilər, hesab çıxarışları və əməliyyat tarixçələri əldə edilib.
Revolut nümayəndələri bildiriblər ki, hadisə zamanı bankın sistemlərinə və müştərilərin vəsaitlərinə müdaxilə olunmayıb. Şirkət məlumat sızmasından neçə müştərinin təsirləndiyini açıqlamayıb.
Qeyd edək ki, Revolut 2025-ci ilin noyabrından etibarən Rusiya vətəndaşlarının bəzi hesablarını bloklamağa başlayıb.
Oxşar xəbərlər
Husilər 24 saat ərzində ikinci dəfə Ər-Riyadı hədəf aldı – Trampdan açıqlama
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına 24 saat ərzində ikinci dəfə hücum edib. Son hücum zamanı Paki...