9 Avropa ölkəsi hava limanlarındakı xaosdan sonra yeni sistemi təxirə saldı

9 Avropa ölkəsi hava limanlarındakı xaosdan sonra yeni sistemi təxirə saldı
Dünya 35

Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə Avropa İttifaqının mübahisəli giriş-çıxış sistemini (EES) təxirə salıb.

BAKU.WS xəbər verir ki, qərarın əsas səbəbi sistemin tətbiqi zamanı hava limanlarında yaranan uzun növbələr və texniki problemlərdir.

EES sistemi Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarının sərhəddən keçərkən barmaq izlərinin götürülməsini və üzlərinin skan edilməsini nəzərdə tutur.

Sistem ötən ilin oktyabrında mərhələli şəkildə tətbiq olunmağa başlayıb və aprelin sonunadək tam qüvvəyə minməsi planlaşdırılıb. Lakin yay aylarında səyahət xaosunun qarşısını almaq üçün ölkələrə sərhəd yoxlamalarını müvəqqəti dayandırmağa imkan verən 150 günlük müddət müəyyənləşdirilib.

Bu müddət sentyabrın 6-da başa çatsa da, qeyd olunan 9 ölkə texniki sistemlər tam işlək vəziyyətə gətirilənədək EES yoxlamalarını tətbiq etməyəcəyini açıqlayıb.

Aviaşirkətlər və hava limanları da yeni sərhəd sisteminin tətbiqinə görə Aİ-ni tənqid edib. "Ryanair" EES-dən azadolma müddətinin ən azı 2027-ci ilin aprelinədək uzadılmasına çağırıb.

Şirkətin əməliyyat direktoru Nil MakMahon prosesin əvvəldən sona qədər uğursuz təşkil edildiyini və əvvəlcədən edilən xəbərdarlıqların nəzərə alınmadığını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər