Xəstəxanaya başqa şikayətlə getdi, ürəyindən iynə çıxdı
Çində sidiyində qan göründüyü üçün xəstəxanaya müraciət edən 35 yaşlı şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb.
BAKU.WS xəbər verir ki, həkimlər xəstənin döş qəfəsinin rentgen müayinəsi zamanı ürək nahiyəsində şübhəli kölgə görüblər.
Əlavə müayinələr zamanı xəstənin sidik kisəsində, qarın divarında və çanaq nahiyəsində də metal yad cisimlər müəyyən edilib. Ürəyin ətrafındakı maye ilə dolu kisəni deşən iynənin ucunun sol mədəciyin boşluğuna qədər çatdığı məlum olub.
Hunan Əyalət Xalq Xəstəxanasının həkimləri iynənin yerindən tərpənməsi, toxumaları zədələməsi və infeksiyaya səbəb olması riskini nəzərə alaraq əməliyyat keçiriblər. İlk olaraq ürəkdəki iynə çıxarılıb, sidik kisəsindəki iynələr isə daha sonra götürülüb.
İynələrin xəstənin bədəninə necə daxil olduğu müəyyən edilməyib. Həkimlər bunun qəsdən özünə xəsarət yetirmə davranışı ola biləcəyini bildiriblər.
Məlumata görə, xəstənin tibbi tarixçəsində də oxşar hal olub. İki il əvvəl onun qarın nahiyəsindən iynəyə bənzər iki metal cisim çıxarılıb.
Oxşar xəbərlər
AfD liderindən Aİ-yə sərt mesaj: "Pullarımızı geri istəyirik"
Almaniyada "Almaniya üçün Alternativ" (AfD) partiyasının Saksoniya-Anhalt əyalətindəki seçkilərdə tarixi nəticə əldə etməsindən sonra partiyanın həmsədri Alisa...