AfD liderindən Aİ-yə sərt mesaj: "Pullarımızı geri istəyirik"

AfD liderindən Aİ-yə sərt mesaj: Pullarımızı geri istəyirik
Dünya 43

Almaniyada "Almaniya üçün Alternativ" (AfD) partiyasının Saksoniya-Anhalt əyalətindəki seçkilərdə tarixi nəticə əldə etməsindən sonra partiyanın həmsədri Alisa Vaydel Avropa İttifaqı, Ukrayna və miqrantlarla bağlı sərt açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, AfD sentyabrın 6-da keçirilən seçkilərdə 43,8 faiz səs toplayaraq birinci olub. Nəticədən sonra Vaydel Almaniyanın hakimiyyətə gələcəkləri təqdirdə Aİ-yə maliyyə ödənişlərini ciddi şəkildə azaltmalı olduğunu bildirib.

"Artıq qonşu ölkələrimiz üçün bütün bu əyləncənin xərclərini birlikdə ödəməyəcəyik. Pullarımızı geri istəyirik. Çox sadədir. Pullarımızı geri istəyirik və ciddi ixtisarlar edəcəyik", - Vaydel deyib.

AfD lideri Almaniyada yaşayan suriyalıların da ölkələrinə qayıtmalı olduğunu müdafiə edib. O, sığınacaq hüququnun müvəqqəti xarakter daşıdığını və insanların ölkələrini tərk etməsinə səbəb olan hallar aradan qalxdıqda geri qayıtmalı olduqlarını bildirib.

Vaydel Almaniyadakı ukraynalılarla bağlı da oxşar mövqe sərgiləyib. O, xüsusilə hərbi xidmət yaşında olan ukraynalı kişilərin ölkələrinə qayıtmalı olduğunu deyib.

Bundan əlavə, AfD lideri partiyası hakimiyyətə gələrsə, Ukraynaya maliyyə yardımlarını dayandıracağını və müharibə ilə bağlı dəstəyə son qoyacağını açıqlayıb. Vaydel Kiyevə əvvəlki ödənişlərin geri qaytarılmasını da tələb edəcəklərini bildirib.

Qeyd edək ki, AfD Saksoniya-Anhaltda rekord nəticə göstərsə də, əyalətdə təkbaşına hökumət qurmaq üçün kifayət qədər mandat əldə etməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər