Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırır
Rusiyadan Ermənistana təbii qaz tədarükü sentyabrın 15-dən 25-dək müvəqqəti dayandırılacaq.
BAKU.WS xəbər verir ki, "Qazprom Ermənistan" şirkətinin məlumatına görə, buna səbəb Rusiyanın ərazisindən keçən "Şimali Qafqaz–Zaqafqaziya" magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılmasıdır.
Şirkət bildirib ki, qaz nəqlinin dayandırıldığı müddətdə Ermənistanda istehlakçıların fasiləsiz qazla təminatı daxili ehtiyatlar və İrandan əlavə qaz tədarükü hesabına həyata keçiriləcək.
Ermənistan qaz tələbatının böyük hissəsini Rusiyadan təmin edir. 2025-ci ildə "Qazprom" ölkəyə təxminən 2,7 milyard kubmetr qaz tədarük edib. İran isə "qaz əvəzinə elektrik enerjisi" proqramı çərçivəsində Ermənistana ildə təxminən 476 milyon kubmetr qaz verir.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkədə qazın baha olduğunu bildirib. O, qaz tarifinin dəyişib-dəyişməməsindən asılı olmayaraq, ölkəsinin enerji mənbələrinin şaxələndirilməsi siyasətini davam etdirəcəyini vurğulayıb.
Oxşar xəbərlər
AfD liderindən Aİ-yə sərt mesaj: "Pullarımızı geri istəyirik"
Almaniyada "Almaniya üçün Alternativ" (AfD) partiyasının Saksoniya-Anhalt əyalətindəki seçkilərdə tarixi nəticə əldə etməsindən sonra partiyanın həmsədri Alisa...