Nazir: "Tədrisi digər dillərdə olan siniflərdə Azərbaycan dili dərsləri artırılır"

Nazir: Tədrisi digər dillərdə olan siniflərdə Azərbaycan dili dərsləri artırılır
Sosial 19

"Tədrisi digər dillərdə olan siniflərdə Azərbaycan dili dərsləri artırılır. Azərbaycanın dövlət ümumtəhsil məktəblərində tədrisi digər dillərdə aparılan siniflər üzrə dövlət dilinin öyrənilməsi intensivləşdirilir. Təhsil sahəsində keyfiyyətin qaldırılması və şagirdlərin Azərbaycan dilinə daha yaxşı yiyələnməsi məqsədilə fənn üzrə həftəlik dərs saatlarının sayı növbəti dəfə artırılıb. Saat artımı təxminən 150 min şagirdi əhatə edəcək.

BAKU.WS xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dəyişikliklər siniflər üzrə əsasən belə olacaq:

1–9-cu siniflər- Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə dərs saatları həftədə 3 saatdan 4 saata qaldırılır;

10–11-ci siniflər - Həftəlik dərs saatları 2 saatdan 3 saata çatdırılır.

Nazir onu da vurğulayıb ki, analoji saat artımı əvvəlki illərdə də mərhələli şəkildə həyata keçirilib:

"Paralel olaraq, digər dildə təhsil alan şagirdlər üçün Azərbaycan tarixi kimi strateji önəm daşıyan bir sıra fənlərin birbaşa dövlət dilində tədris olunması təcrübəsi davam etdirilir. Bütün bu addımlar məktəblilərin dövlət dilini tam və keyfiyyətli mənimsəməsinə yönəlib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər