Çin-Yaponiya münasibətləri kəskinləşir: Pekindən vətəndaşlarına çağırış

Çin-Yaponiya münasibətləri kəskinləşir: Pekindən vətəndaşlarına çağırış
Dünya 29

Çin öz vətəndaşlarına Yaponiyaya səfərlərdən çəkinməyi tövsiyə edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu addım, Yaponiyanın yeni baş nazirinin Tayvana ehtimal olunan hücumla bağlı açıqlamalarının yaratdığı diplomatik gərginliyi daha da artırıb.

Noyabrın 7-də Baş nazir Sanae Takaiçi Yaponiya parlamentində bəyan etmişdi ki, Çinin iddia etdiyi Tayvan adasına güc tətbiq edilərsə, Tokio buna hərbi cavab verə bilər.

Bundan sonra Çinin Yaponiyadakı səfirliyi öz vətəndaşlarını bu ölkəyə səfər etməmək barədə xəbərdarlıq yayıb. Səfirliyin bəyanatında deyilir ki, mövcud vəziyyət Çinin Yaponiyada yaşayan vətəndaşları üçün fərdi təhlükəsizlik və həyat üçün ciddi risklər yaradır. Buna görə də Çin Xarici İşlər Nazirliyi, eləcə də Yaponiyadakı səfirlik və konsulluqlar yaxın gələcəkdə Yaponiyaya səyahətlərdən qaçınmağı tövsiyə edirlər.

Pekin Yaponiyanın səfirini çağırdığını açıqlayıb. Tokio da öz növbəsində, Çinin Osakadakı baş konsulu Syue Tszyanın uyğunsuz və sonradan silinmiş onlayn paylaşımına görə Çin səfirinin XİN-ə çağırıldığını bildirib.

Syue həmin paylaşımda açıq şəkildə Takaiçini nəzərdə tutaraq "bu murdar boyunun kəsilməsi" ifadəsini işlədib. Bundan sonra Yaponiyanın hakim partiyası çinli diplomatı "persona non grata" elan etməyə çağıran qətnamə qəbul edib.

Son xəbərlər