CHP-nin mərhum lideri Dəniz Baykalın qızı partiya rəhbərliyini sərt tənqid etdi

CHP-nin mərhum lideri Dəniz Baykalın qızı partiya rəhbərliyini sərt tənqid etdi
Video
Dünya 243

CHP-nin mərhum lideri Dəniz Baykalın qızı Aslı Baykal ölkədəki son hadisələr fonunda partiya rəhbərliyinin hərəkətlərini tənqid edən açıqlama yayıb.

Bir neçə gün öncə İmamoğlu həbs edilərkən də Aslı Baykalın yanaşması çoxları üçün gözlənilməz olmuşdu.

"Bu araşdırmalar ölkənin ziyanına deyil, xeyrinədir və təmiz siyasətə doğru böyük addımlardır. CHP-nin vəzifəsi gözəl bir təqvim təyin etmək, təmiz qurultay keçirmək və Atatürkə həqiqətən bağlı bir heyətlə yoluna davam etməkdir" demişdi.

İndi isə Aslı Baykal sosial media hesabından CHP rəhbərliyini ölkədə gərginlik yaratmaqda qınayıb:

"Türkiyənin əsl gündəmi, dünyada söz sahibi ölkə olma yolunda sürətlə irəliləyərkən ana müxalifət qapı-qapı gəzib dünyaya Türkiyəni şikayət edəcəkmiş.

Bunun başqa bir nümunəsi varmı? Şikayət edib, "Oğurluğumuzu yaxalayıb bizə cəza verdilər" deyə şikayət edəcəklərmi? "Diplom qeyri-qanuni idi, qəbul etmədilər, siz söyləyin qəbul etsinlər" deyəcəklərmi?

Allaha şükürlər olsun ki, ümumi seçkilərdə yox, lokal seçkilərdə qalib gəldilər və millət onların nə yaşadacaqlarını gördü, canımızı qurtarmağa çalışırlar.

Kral hesab etdilər özlərini və gücü əllərinə keçirsələr nələr edəcəklərini film flaqmanı kimi izlədik. Nifrət dolu nə axtarsan var. Çətin oldu, amma, təhlükənin ucundan dönmüşük".

Oxşar xəbərlər

Tesla yanaraq kül oldu

Tesla yanaraq kül oldu

Almaniyanın şimalında yerləşən Ottersberq icmasında "Tesla" avtomobilləri yanaraq məhv olub. BAKU.WS-in "Spiegel"ə istinadən verdiyi məlumata görə, hadisə martı...

73 Dünya 23:48 29 mart 2025

Son xəbərlər