FBI sistemlərinə sızma iddiası: Minlərlə əməkdaşın məlumatları ələ keçirilib

FBI sistemlərinə sızma iddiası: Minlərlə əməkdaşın məlumatları ələ keçirilib
Dünya 2

ABŞ Federal Təhqiqat Bürosunun (FBI) sistemlərinə kiberhücum edildiyi və çoxlu sayda əməkdaşın məlumatlarının ələ keçirildiyi iddia olunur.

BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İddiaya görə, hücumun arxasında "ShinyHunters" adlı kibercinayətkar qrup dayanır. Qrup hazırkı və keçmiş FBI əməkdaşları, eləcə də iş üçün müraciət edən şəxslərin məlumatlarını əldə etdiyini açıqlayıb.

Qrup bəzi məlumat nümunələrini də yayıb. Lakin onların birbaşa FBI sistemlərindən oğurlandığı hələ müstəqil şəkildə təsdiqlənməyib.

İddiaların yayıldığı vaxt FBI-nin işə qəbul portalında da qısa müddətli problem yaşanıb. "Reuters" bunu təsdiqləsə də, kəsintinin hücumla əlaqəsini müəyyən edə bilməyib.

FBI isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər