Polşada ABŞ hərbi bazasına "Fort Tramp" adı verilə bilər

Polşada ABŞ hərbi bazasına Fort Tramp adı verilə bilər
Dünya 6

Polşada yaradılması planlaşdırılan daimi ABŞ hərbi bazasının "Fort Tramp" adlandırılması təklif olunur.

BAKU.WS xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrotski "Bloomberg"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bazanın tikintisinin 2029-cu ildə ABŞ Prezidenti Donald Trampın səlahiyyət müddəti başa çatana qədər tamamlanması gözlənilir. Navrotski Trampın bazanın açılış mərasimində şəxsən iştirak edəcəyinə ümid etdiyini bildirib.

Polşa prezidenti daimi ABŞ hərbi bazasının ölkədə yaradılmasını zaman məsələsi kimi qiymətləndirib. O, Almaniyada ABŞ hərbi kontingentinin azaldılması halında amerikalı hərbçilərin bir hissəsinin Polşada yerləşdirilməsinə hazır olduqlarını da açıqlayıb.

Məlumata görə, ABŞ nümayəndə heyəti sentyabrın əvvəlində Polşaya səfər edərək daimi hərbi bazanın mümkün yerləşdirilməsini müzakirə edib. Bazanın yaradılmasının Polşaya ən azı 3,25 milyard dollara başa gələcəyi bildirilir.

Qeyd edək ki, ABŞ daha əvvəl Polşaya 5 min hərbçinin göndəriləcəyini açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər