Tahir Kərimli: "Deputatlıq fəaliyyətim bitəndən sonra zənglərin, axtaranların sayı azalıb"
Yeniliklərdən dərhal xəbərdar olun
"Deputat fəaliyyətim başa çatandan sonra vaxtilə edilən zənglərin, itirib-axtaranların sayı kifayət qədər azalıb. Amma mən buna vərdiş etmişəm".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
O bildirib ki, 1993-cü ildə Ali Məhkəmənin sədri vəzifəsindən getdikdən sonra 22 il işsiz qalıb:
"İnsanların bir-birinə inam və etibarı güclənməlidir. Biz dövlət müstəqilliyimizi qazandıq, amma hər sahədə mənəviyyatımız ciddi deqradasiyaya uğradı. İnsanlar nədənsə ancaq özlərinin fərdi qazancları olanda bir-birilərini axtarırlar. Bu, mənim ən ağrılı yerimdir".
"Deputat olanda vəzifədə olursan, qaldırdığın məsələlərə də cavabdeh orqanlar izahatlar verməlidirlər. Amma indi elədir ki, bu fəaliyyətin başa çatıbsa, qaldırdığın məsələlərin sadəcə ictimai, sosial əks-sədası olur, rəsmi kimsə cavab vermir. Amma onlar mütləq müraciətlərə reaksiya verməlidirlər", - deyə T.Kərimli əlavə edib.
Oxşar xəbərlər
Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib
Dövlət Gömrük Komitəsinin yeganə şəhidi Ülvi Hacıyevin xatirəsi xüsusi konsert proqramı ilə yad edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhid ailələ...