Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq

Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Dünya 9

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas arzusu Moskva ilə Kiyev arasında münaqişənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü təmin olunmaqla başa çatmasıdır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ərdoğan Qara dənizdə gəmiçilik təhlükəsizliyinin yenidən təmin edilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və müharibənin daha geniş coğrafiyaya yayılmasının qarşısının alınması məqsədilə tərəflərlə təmasların davam etdiyini də xatırladıb.

Türkiyə Prezidenti Qara dənizdə ticarət gəmilərinə qarşı son hücumların qəbuledilməz olduğunu vurğulayıb.

"Qara dənizdə ticarət gəmilərinə qarşı son hücumların kim tərəfindən törədilməsindən asılı olmayaraq, qəbuledilməz olduğunu xüsusilə vurğulayıram", – Ərdoğan bildirib.

O, Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının vacibliyini qeyd edib.

Bundan başqa, Ərdoğan Sudanla bağlı ölkəsinin atəşkəs və davamlı sülh səylərini dəstəklədiyini deyib. O, Somalidə təhlükəsizlik, inkişaf və institusional potensialın gücləndirilməsi istiqamətində aparılan işlərə Türkiyənin tam dəstək verdiyini bildirib.

"Liviyada sabitliyin və sakitliyin qorunması prioritetimizdir. Gündəmimizdə olan barışıq prosesinin liviyalıların rəhbərliyi və sahibliyi ilə həyata keçirilməsi zəruridir. Türkiyə olaraq bu prosesin uğur qazanması üçün dəstəyimizi davam etdiririk", – Ərdoğan vurğulayıb.

Ərdoğan həmçinin Latın Amerikası, Karib hövzəsi ölkələri ilə münasibətlərin qarşılıqlı hörmət, tərəfdaşlıq və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf etdirildiyini qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması üzərində işləməyə və hər iki tərəfin liderləri ilə əlaqə saxlamağa davam etdiyini bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər