Həmkarı Kadir İnanırın vərəsələrini "Cəsəd yeyən qarğalar" adlandırdı
Məşhur teatr və kino aktrisası Meral Çetinkaya, mərhum həmkarı Kadir İnanırın günlərdir davam edən miras bölgüsündən danışıb.
BAKU.WS xəbər verir ki, o jurnalistlərə ayaqüstü açıqlamasında həmkarının vərəsələrini "Cəsəd yeyən qarğalar" adlandırıb.
"Bütün vəfat edən həmkarların onların ardından belə söz-söhbətlərin yayılmasını və bunu edən "leş qarğaları"na çox kəskin münasibət bildirərdi. Onlara qısaca olaraq "Heç biriniz mənim üçün yoxsunuz" deyərdi. Bu cür adamlar çoxdur. Mənim yazılı vəsiyyətnaməm yoxdur. Onsuz da bir qızım var. Nəyim varsa, hamısı onundur!" -deyə Meral Çetinkaya bildirib.
Xatırladaq ki, son bir həftədir Türkiyə mətbuatında mərhum aktyor Kadir İnanırın vərəsələrinin onun miras bölgüsünüə etirazı ilə bağlı xəbərlər dərc olunur. Aktyorun 1 milyard lirəyə yaxın var-dövlətini 27 illik həyat yoldaşı Jülide Kurala vəsiyyət etməsi 28 vərəsəsinin narazılığı ilə qarşılanıb.
Oxşar xəbərlər
Dilarənin "Dəli"si Liam Nisonun 32 milyon dollarlıq filmində...
Məşhur müğənni Dilarə Kazımovanın "Dəli" mahnısı Hollivud filmində səslənib. BAKU.WS xəbər verir ki, ekran işinin əsas rollarında Liam Nison, Zakari Levi, Elnaz...