Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib və bildirib ki, təşkilata üzv ölkələrin böyük əksəriyyəti tərəfindən rəsmi şəkildə dövlət kimi tanınan Fələstinin Prezidenti Mahmud Abbas iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
"Fələstinli qardaşlarımıza qarşı bu ədalətsizlik vicdanları yaralayır", - Türkiyə Prezidenti qeyd edib.
O vurğulayıb ki, M. Abbas şəxsən iclasda iştirak edə bilməsə də, Türkiyə ötən il olduğu kimi, Fələstin dövlətinin səsi olacaq və Fələstin xalqının mübarizəsini bu kürsüdən dünyaya çatdırmağa davam edəcək.
Türkiyə lideri çıxışının sonunda Fələstin dövlətini hələ tanımayan bütün ölkələri bu qərarlarına yenidən baxmağa çağırıb.
Oxşar xəbərlər
Tramp, Frederiksen və Nilsen Qrenlandiya üzrə saziş imzalayıblar
ABŞ Prezidenti Donald Tramp, həmçinin Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen ümumi təhlükəsizliyin möhkəmləndirilmə...