3 maskalı şəxs Olimpiya çempionunun "Porsche"sini oğurladı

3 maskalı şəxs Olimpiya çempionunun Porschesini oğurladı
Foto
Dünya 41

Yeddiqat Olimpiya çempionu, 23 qat dünya çempionu, amerikalı gimnast Simone Bayls avtomobilinin oğurlandığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoda danışıb.

Baylsın sözlərinə görə, hadisə bir neçə ay əvvəl Çikaqoda baş verib. Maskalı üç kişi onun yaşadığı evə gəlib və "Porsche" markalı avtomobilini oğurlayıb.

"Mənə elə gəlir ki, yeni avtomobilə ehtiyacım var. Bir neçə ay əvvəl Çikaqoda üç maskalı kişi evimizə gəldi və Porsche-mi oğurladı. Düşünürəm ki, mənə öz realiti-şoum lazımdır. Həyatımda o qədər inanılmaz hadisələr baş verir ki, prodüserlər üçün məni mütəmadi olaraq çəkmək çox asan olardı", - deyə gimnast bildirib.

Qeyd edək ki, Bayls dünyanın ən titullu idman gimnastlarından biridir. O, Olimpiya Oyunlarında 7 qızıl medal qazanıb və dünya çempionatlarında 23 dəfə çempion olub.

3 maskalı şəxs Olimpiya çempionunun

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər