Bu çay qocalmağın düşmənidir
Dietoloq Val Varner xəbərdarlıq edir ki, matça çayı hüceyrə qocalmasına və xroniki xəstəliklərə səbəb olan oksidləşdirici stresslə mübarizə aparmağa kömək edir.
BAKU.WS xəbər verir ki, o, "Eating Well" jurnalına verdiyi müsahibədə qocalmanın əsas düşmənini açıqlayıb.
Varnerin sözlərinə görə, matça çayı oksidləşdirici stresi azaltmağa kömək edir.
Bundan əlavə, matça bağırsaq sağlamlığı üçün də faydalıdır. Onun tərkibində olan prebiyotik maddələr faydalı bakteriyaların qidalanmasına kömək edir, həzmi yaxşılaşdırır və immun sistemini gücləndirir.
Matça həmçinin kofein və L-teanin adlı amin turşusu ilə zəngindir. Dietoloqun sözlərinə görə, bu iki maddə birlikdə təsir göstərərək insana sakitlik və eyni zamanda diqqət toplama imkanı verir. Bu isə qəhvə qəbulundan sonra bəzi insanlarda yaranan əsəbilik hissini azaltmağa kömək edir.
Oxşar xəbərlər
KİV: İran ABŞ ilə sazişdən imtina etdi - Regionda gərginlik pik həddə
Tehran ABŞ-nin hədələri səbəbindən Vaşinqtonla yekun tənzimləmə barədə danışıqları dayandırıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS agentli...