BMT-nin Qəzzadakı qonaq evi hədəfə alınıb: ölən və xəsarət alanlar var

BMT-nin Qəzzadakı bir kompleksinin zədələnməsi nəticəsində BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS) bir əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb. Hadisənin başvermə şəraiti hələlik aydın deyil.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında bildirib.
BMT rəsmisi bildirib ki, partlayıcı sursat binaya atılıb və hədəf alınan bina BMT-nin qonaq evlərindən biri olub.
F. Haq əlavə edib ki, hadisənin dəqiq təfərrüatları, qurbanların kimliyi və istifadə olunan silah növü barədə hələ təsdiqlənmiş məlumat yoxdur: "Biz baş verənlər barədə ətraflı və dəqiq məlumat almağa çalışırıq. Bu hücumu qınayırıq. BMT heyəti və onun obyektləri bütün tərəflər tərəfindən qorunmalıdır".
Oxşar xəbərlər
Müharibənin bir ili neçə milyarda başa gəlir? - Zelenski AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin qarşıdakı hədəflərini açıqlayıb. BAKU.WS xəbər verir ki, o, Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə...
