Bill Qeytsdən dünyanı qorxuya salacaq növbəti XƏBƏRDARLIQ
ABŞ-li milyarder, "Microsoft"un qurucusu Bill Qeyts ola biləcək iki fəlakət barədə dünyaya xəbərdarlıq edib.
BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, o, bu barədə "CNBC Make It"ə müsahibəsində bildirib.
"İndiki dünyada həddindən artıq iğtişaşlar "böyük müharibəyə" səbəb ola bilər. Böyük müharibədən qaçsaq da, yaxın 25 ildə daha bir pandemiya olacaq" ,- deyə Bill qeyd edib.
ABŞ-ni də tənqid edən Qeyts "Dünyanın liderlik etməsini və örnək olmasını gözlədiyi ölkə bu gözləntiləri doğrulda bilmədi" sözlərini söyləyib.
Qeyts 2022-ci ildə "Növbəti pandemiyanın qarşısını necə ala bilərik?" adlı kitab yazıb.
Qalereya
Oxşar xəbərlər
Fransada isti hava 2 mindən çox insanı öldürüb
Fransada müşahidə olunan güclü isti hava dalğası səbəbindən bir həftə ərzində ölüm hallarında kəskin artım qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Frans...