Batumidə iki Azərbaycan vətəndaşında külli miqdarda narkotik aşkarlanıb
Gürcüstanın Batumi şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, 1995-ci il təvəllüdlü A. A. və 1994-cü il təvəllüdlü S. Z. müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə həbs ediliblər.
Təqsirləndirilən şəxslərin müvəqqəti yaşayış yerinə baxış keçirilib və satış məqsədilə hazırlanmış külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Bundan əlavə, hüquq-mühafizə orqanları narkotiklərin qablaşdırılması və paylanması üçün istifadə olunan müxtəlif materiallar da aşkarlayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 261-ci maddələrinin 3-cü hissəsinin "A" bəndi ilə istintaq aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Oxşar xəbərlər
Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi
Ukraynanın Moskva və Moskva vilayətinə intensiv dron hücumu Rusiya paytaxtının hava nəqliyyatında ciddi problemlərə səbəb olub. BAKU.WS xəbər verir ki, şəhərin...