Barak Omaba həbs ediləcək?
ABŞ Prezidenti Donald Tramp 2016-cı il prezident seçkiləri ilə bağlı iddialar fonunda ölkənin sabiq prezidenti Barak Obamanın həbs olunmalı olduğunu bəyan edib.
BAKU.WS xəbər verir ki, Tramp Obamanı öz ünvanına irəli sürülmüş və Rusiya ilə guya əməkdaşlıqla bağlı olan ittihamların saxtalaşdırılmasında ittiham edir.
ABŞ prezidenti hesab edir ki, həmin dövrdə Barak Obama seçki prosesi ilə bağlı yanlış kəşfiyyat məlumatlarının hazırlanması üçün Mərkəzi Kəşfiyyat İdarəsinə birbaşa göstəriş verib.
Tramp bu addımları dövlət çevrilişinə cəhd kimi qiymətləndirərək, sabiq prezidentin hüquqi məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Qeyd olunur ki, bu açıqlamalardan bir neçə gün əvvəl Tramp administrasiyasına yaxın bəzi yüksəkvəzifəli şəxslərin iştirakı ilə Federal Təhqiqat Bürosu Corciya ştatının Fulton dairəsində yerləşən seçki məntəqəsindən 2020-ci il prezident seçkiləri ilə bağlı sənədləri götürüb. Həmin seçkilərdə Demokratlar Partiyasının namizədi Co Bayden qalib gəlmişdi.
Oxşar xəbərlər
Tramp: Hindistan İran əvəzinə Venesueladan neft alacaq
ABŞ Prezidenti Donald Tramp Hindistanın bundan sonra İran əvəzinə Venesueladan neft satın alacağını açıqlayıb. Onun sözlərinə görə, bu istiqamətdə artıq "razıla...