Bahar Candanın bacısı Nihal üçün halva bişirdiyi görüntülər yayıldı
Sosial media fenomeni Bahar Candan ürəkağrıdan görüntüləri ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o sosial media fenomeni Dilan Polatın evində bacısı Nihalın ruhuna ehsan əlaməti olaraq halva bişirib.
Bacısının vəfatına görə şoka düşən Baharın iki gün sonra yayılan bu görüntüləri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
O "Bacı, mən səni çox sevirəm. Biz sənin ruhuna ehsan kimi halva hazırlayırıq, bir azdan paylayacağıq" -deyərək vurğulayıb.
Xatırladaq ki, sosial media fenomen Nihal Candan ötən gün vəfat edib. O ürək tutmasından dünyasını dəyişib
30 yaşlı Nihal Candan "İşte benim stilim" proqramı ilə məşhurlaşıb. Onun çəkisi 23 kiloqrama düşmüşdü.
Oxşar xəbərlər
ABŞ Prezidenti İranla razılaşma bağlamaq istəmədiyini bildirib
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma bağlamaq istədiyinə əmin olmadığını bildirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə Ankarada keç...