Abxaziyada babanın səhvi beş nəvənin faciəvi ölümünə səbəb oldu
05
yan
2025
19:41
Abxaziyanın Papandırxua kəndində baş verən yanğın nəticəsində beş azyaşlı uşaq həyatını itirib. Yanğının səbəbi babanın yanacaq qarışığını səhv salması olub.
BAKU.WS xəbər verir ki, Gal rayonunun rəhbəri Konstantin Piliyanın sözlərinə görə, yanğın şəxsi evdə baş verib. O an evdə yalnız uşaqlar olub.
İlkin məlumata görə, baba sobanı yandırarkən kerosini benzinlə səhv salıb. Yanğın nəticəsində həyatını itirən uşaqların ən kiçiyinin cəmi dörd ay olduğu bildirilir.
Hadisə yerində FHN əməkdaşları işləyir və vəziyyətə nəzarət etmək üçün rayon rəhbəri də hadisə yerinə gedib.
Oxşar xəbərlər
Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. BAKU.WS...