ABŞ Aİ və Meksikadan gətirilən mallara 30 faizlik rüsum tətbiq edəcək
12
iyl
2025
23:00
ABŞ avqustun 1-dən etibarən Avropa İttifaqı (Aİ) ölkələrindən və Meksikadan gələn mallara 30 faizlik idxal rüsumu tətbiq edəcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.
"2025-ci il avqustun 1-dən etibarən Aİ-dən ABŞ-yə idxal edilən mallara sektoral rüsumlardan əlavə 30 faiz rüsum tətbiq edirik", - deyə Ağ Ev rəhbəri bildirib.
O, məsələ ilə bağlı Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə və Meksika lideri Klaudiya Şeynbauma ünvanladığı məktubları da göstərib.
Qalereya
Oxşar xəbərlər
Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. BAKU.WS Oxu.Az...