Abbas Əraqçi Omana gedib
25
apr
2026
22:12
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistandan Omana gedib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi xəbər yayıb.
Məlumata görə, A.Əraqçi səfər zamanı ikitərəfli münasibətləri və regional prosesləri müzakirə etmək üçün Maskatda Omanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.
İranın xarici işlər naziri daha əvvəl İslamabadda Pakistan Silahlı Qüvvələrinin baş komandanı Asim Munir və Baş nazir Şahbaz Şəriflə görüşüb. Əraqçi Tehranın ABŞ və İsraillə müharibəyə son qoymaq mövqeyini Pakistan tərəfinə çatdırıb.
Oxşar xəbərlər
Hitler Mussolini adlı siyasətçi bələdiyyə sədri seçildi
Perunun Keropalka şəhərində Hitler Mussolini Simeon Flores bələdiyyə sədri seçilib. O, seçkilərdə sol yönümlü "Ahora Nación" partiyasının namizədi olub. BAKU.WS...