Abbas Əraqçi Cenevrədə BQXK-nın prezidenti ilə görüşüb
İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spoljaric ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı tərəflər beynəlxalq humanitar hüquq, həmçinin İran və BQXK arasında əməkdaşlığı müzakirə ediblər.
Abbas Əraqçi bütün hökumətlərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İranın XİN rəhbəri Omanın vasitəçili ilə ABŞ ilə nüvə danışıqları aparmaq üçün Cenevrəyə səfər edib.
Oxşar xəbərlər
Hitler Mussolini adlı siyasətçi bələdiyyə sədri seçildi
Perunun Keropalka şəhərində Hitler Mussolini Simeon Flores bələdiyyə sədri seçilib. O, seçkilərdə sol yönümlü "Ahora Nación" partiyasının namizədi olub. BAKU.WS...