51 yaşlı aktyorun həyat yoldaşı onun dəfn yerini açıqladı

İki gün əvvəl vəfat edən 51 yaşlı aktyor Şinasi Yurtseverin dəfni ilə bağlı detallar bəlli olub.
BAKU.WS xəbər verir ki, bu barədə onun həyat yoldaşı Ferihan Yurtsever bu barədə sosial şəbəkə hesabında bildirib.
O həyat yoldaşının bu gün saat 13:20-dən sonra Zincirlikuyu məzarlığında dəfn olunacağını qeyd edib:

"Dəyərlimiz olan Şinasi Yurtseverin vəfatı hamımımzı dərin kədər hissinə boğub. Bütün yaxınlarının və sevənlərinin başı sağolsun. Mərhumun vida mərasimi bu gün Atatürk Mədəniyyət Mərkəzində baş tutacaq. Cənazə namazından sonra o 13:20-də Barbaros Hayrettin Paşa məscidinə aparılacaq. Bundan sonra mərhum Zincirlikuyu məzarlığında dəfn olunacaq".
Xatırladaq ki, aktyor 15 gün əvvəl sətəlcəm olub və xəstəxanaya yerləşdirilib. O uzun müddət idi ki mədə xərçəngindən əziyyət çəkirdi. O iki gün əvvəl dünyasını dəyişdi.

Oxşar xəbərlər
KİV: Aİ-nin 17-ci anti-Rusiya sanksiyalar paketinə 54 fiziki şəxs və 14 şirkət daxil edilə bilər
Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketi çərçivəsində 54 fiziki şəxsi, 14 şirkəti və 149 tankeri qara siyahıya daxil etmək niyyətindədir. BAKU...