SİZİN REKLAM BURADA!
055 213 76 73


Avstraliyada aparılan bir araşdırma, gündə ən az beş saat ayaqda durmağın sağlamlıq üçün həyati əhəmiyyət daşıdığını və sağlam bir ürəyə sahib olmaq üçün hər gün nə qədər oturmalı, yatmalı, ayaq üstə durmalı və məşq etməli olduğumuzu ortaya qoyub.

Gündə neçə saat oturursunuz və neçə saat ayaq üstə qalırsınız? Orta hesabla neçə saat yatırsınız? Əgər siz oturaq işləyirsinizsə, yəqin ki, gününüzün çox hissəsini oturaraq keçirirsiniz. Çoxumuz gündə təxminən 10-12 saatımızı iş yerində kompüter və televizor qarşısında keçiririk. Yatmağa sərf etdiyimiz vaxtı da əlavə etdikdə gündə orta hesabla 19-20 saat hərəkətsiz qalırıq. Bu oturaq həyat bir çox sağlamlıq problemlərinə yol açır.

BAKU.WS-in xəbəirnə görə, "Daily Mail" nəşri mövzu ilə bağlı yazı hazırlayıb. 

Avstraliyada elm adamları gün ərzində oturma, yatmaq, ayaq üstə durmaq və idmanla nə qədər vaxt keçirməli olduğunuz məsələsini araşdırıblar.

Daha qısa oturma müddəti və gün ərzində ayaq üstə daha çox vaxt sərf etmək, fiziki fəaliyyət və yuxu kardiometabolik sağlamlığımız üçün çox vacibdir.

Mütəxəssislər illərdir ki, günün böyük bir hissəsində hərəkətsiz qaldığımızı və bunun kilo alımı, 2-ci tip diabet, xərçəng və hətta erkən ölüm kimi bir çox sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Araşdırmalar göstərir ki, gündə ən azı beş saat ayaq üstə durmaq sağlamlıq üçün mühüm əhəmiyyət kəsb edir. Tədqiqatçılar sağlam ürəyimizə sahib olmaq və onu qorumaq üçün hər gün oturmaq, yatmaq, ayaq üstə durmaq və məşq etmək üçün nə qədər vaxt sərf etməli olduğumuzu kəşf etdiklərinə inanırlar.

Tədqiqatçılar bildiriblər ki, gündə iki saatdan bir qədər çoxu idman zalında məşq etmək və ya sürətli gəzmək kimi intensiv məşqlərə, eyni zamanda ev işlərini görmək və ya şam yeməyi hazırlamaq kimi yüngül idmana da eyni vaxt ayrılmalıdır.

Yuxuya gəlincə, 8 saat 20 dəqiqə gözləri bağlı saxlamağın çox vacib olduğunu bildirən tədqiqatçılar, insanların bu tədbirlərin ürək sağlamlığına davamlı faydalarını yalnız müntəzəm olaraq tətbiq etdikləri təqdirdə görəcəklərini vurğulayıblar.

BAKU.WS