Oturaq iş rejimi ölüm riskini artırır - ARAŞDIRMA - FOTO

Oturaq iş rejimi ölüm riskini artırır - ARAŞDIRMA - FOTO
Siyasət 3

Alimlər oturaq işin erkən ölüm riskini 16 faiz artırdığını müəyyən ediblər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, gərgin və intensiv şəkildə oturaq vəziyyətdə işləyənlər digər insanlara nisbətən 34 faiz daha çox ürək və qan-damar xəstəliklərinə tutulurlar.

Bu araşdırma Tayvandda 13 il boyunca 20 yaş və bu yaşdan yuxarı 481 min 688 adam üzərində aparılıb. Təcrübə zamanı işçilərin işə başlamazdan əvvəl heç birində ürək və qan-damar sistemi xəstəliklərinə rast gəlinməyib.

Alimlər hərəkətsiz həyat tərzinin xəstəliklərin yaranması riskini hədsiz çoxaltdığını bildiriblər.

Mütəxəssislər belə vəziyyətdə çalışanlara hər 30 dəqiqədən bir işə fasilə vermələrini, telefonla ayaq üstə danışmağı və iş yoldaşları ilə yürüşə çıxmalarını məsləhət görür.

Oturaraq işləyən insanlar gündəlik 15-30 dəqiqə idmanla məşğul olmaqla bu risk faizini aşağı sala bilərlər.

Bu barədə məlumatlar "JAMA" jurnalında qeyd edilib.

Son xəbərlər