SİZİN REKLAM BURADA!
055 213 76 73


Braziliyada əmisinin cəsədi ilə kredit götürməyə çalışan Erika de Souza Vieira Nunes ilk dəfə danışıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Nunes barədə cinayət işi açılıb və istintaq aparılır.
O cəsədə hörmətsizlik və oğurluğa təşəbbüs maddələri ilə ittiham edilir.
Braziliya mətbuatının yaydığı məlumata əsasən, qadın qəsdən adam öldürmə ittihamı ilə üzləşə bilər.

Dindirilən 43 yaşlı qadın israrla əmisinin vəfat etdiyindən xəbərsiz olduğunu qeyd edib:
"Ailəmdən uzaqda keçirdiyim günlər qorxunc idi. Çox çətin idi. Əmimin öldüyünün fərqinə varmamışam. İnsanların haqqımda söylədikləri absurddur. Mən onların danışdığı adam deyiləm. Mən canavar da deyiləm".
Xatırladaq ki, ötən ay 68 Paulo Roberto Braga adlı kişinin cəsədi qardaşı qızı Erika de Souza Vieira Nunes tərəfində kredit götürmək üçün banka gətirilib. 
BAKU.WS